AZ

İspaniyada helikopter qəzaya uğradı: Ölənlər var

İspaniyada helikopter qəzası baş verib.

"Cebheinfo.az" xəbər verir ki, İspaniyanın "Bigas Group Helicopters" operatoruna məxsus "Bell 206B Jet Ranger III" helikopteri dünən Valensiya bölgəsinin Puçol şəhərində yüksək gərginlikli xətlərə çırpılaraq qəzaya uğrayıb.

Qəza nəticəsində helikopterdə olan 3 nəfər həyatını itirib. 

Qəzanın helikopterdə olan 3 zabitin gərginlik xətlərinin bütövlüyünü yoxlamaq üçün bölgəyə gedərkən baş verdiyi öyrənilib.

Yanğınsöndürənlər naqillərin qırılması nəticəsində yarana biləcək yanğın riskinə nəzarət etmək üçün ərazini mühasirəyə alıblar. 

Seçilən
38
3
cebheinfo.az

4Mənbələr