AZ

"Real Madrid" Kurtuanın zədələndiyini bəyan etdi

"Real Madrid" rəsmi saytı vasitəsi ilə qapıçı Tibo Kurtuanın zədələndiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, belçikalı qolkiperin La Liqanın 8-ci turunda "Atletiko Madrid"ə qarşı səfər oyununda (1:1) sol ayağından xəsarət aldığı bildirilib.

Onun zədəsinin nə dərəcədə ciddi olduğu və hansı müddətə məşqlərdən kənarda qalacağı barədə dəqiq məlumat verilməyib.

Xatırladaq ki, oyunun gedişində Kurtua yerli azarkeşlərin təzyiqinə məruz qalıb. Qonaqların futbolçusu Eder Militao hesabı açandan sonra fanatları təxribata çəkən Tiboya müxtəlif əşyalar atılıb. Vəziyyətin gərginləşdiyini görən hakim komandaları meydandan çıxarıb və nəticədə derbidə 20 dəqiqəlik fasilə yaranıb.

Nihat
 

Seçilən
0
fanat.az

1Mənbələr