AZ

Naxçıvanla bağlı narahatlıq artır – “Ordumuz oranı nəzarətə götürsə…” 

Sentyabrın 28-i Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvanın Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan mövqelərini atıcı silahlardan atəşə tutub. Son günlər tez-tez məhz Naxçıvan istiqamətindən atəşkəsin pozulduğunun şahidi oluruq.

Naxçıvan niyə hədəf seçilir?

Mövzu ilə bağlı  danışan hərbi ekspert Telman Qasımov deyib ki, ermənilər Kəlbəcər, Basarkeçər və Naxçıvan istiqamətlərində aktivləşirlər:

“Aktivlik bu ərazilərdə daha çox müşahidə edilirdi. Naxçıvanın hədəf seçilməsi anlaşılandır. Qazaxın 4 kəndinin geri qaytarılmasının ardınca gözlər Naxçıvanın Kərki kəndinə yönəldi. Ermənilər beynəlxalq ictimaiyyətin diqqətini bu ərazilərə yönəldərək guya Azərbaycanın gərginlik yaratmaqda maraqlı olduğunu göstərməyə çalışırlar. Bununla da sülh müqaviləsinin imzalanması prosesini uzadırlar. Digər tərəfdən ermənilərin həmin istiqamətlərdə kifayət qədər nə hərbi gücü, nə də texnikaları var. Yəni Azərbaycana qarşı genişmiqyaslı hər hansı mübarizəyə başlaya bilməzlər. Rəsmi Bakının Kəlbəcər, Naxçıvan və s. ərazilərdə güclü mövqeyi var. Kərkinin geri qaytarılması Ermənistanın onurğa sütununun sınması deməkdir”.

Hərbi ekspertin sözlərinə görə, Nikol Paşinyan beynəlxalq ictimaiyyətə və daxili auditoriyaya hesablanmış açıqlamalar verərək guya sülh müqaviləsi imzalamağa hazır olduğunu göstərir:

“Qarşımızda hər vəchlə silahlanan Ermənistan var. Bütün bunlar ondan xəbər verir ki, sadəcə sözdə sülh müqaviləsini imzalamağa hazır olan Nikol Paşinyan realda gərginliyin qalmasında maraqlıdır. Sülh müqaviləsi imzalanmadıqca, Ermənistanın ildən-ilə beynəlxalq mövqeyi güclənməyə başlayır. Məsələn, ötən illərdə rəsmi İrəvana xarici ölkələr açıq-aşkar dəstək vermirdilərsə, bu il dəstəklə yanaşı hərbçilərə təlimlər də keçirilir”.Globalinfo.az


Seçilən
11
6
referans.az

7Mənbələr