AZ

Naziri Adil Kərimli haradadır? – Açılışa buraxılmadı-İDDİA

Bu gün el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı mərasimi keçrilib. Ölkə başçısı İlham Əliyev və oğlu Heydər Əliyev açılış mərasimində iştirak ediblər.

Açılış mərasimində mədəniyyət naziri Adil Kərimov iştirak etməyib. Adətən abidə və mədəniyyət xadimlərinin heykəl açılışlarında protokol xidmətinə uyğun olaraq mədəniyyət naziri iştirak ediblər. Lakin bu dəfə nazir ölkə başçısının tədbirində açılışda buraxılmayıb. Həmçinin nazirlikdən heç bir rəsmi şəxs tədbirdə iştirak etməyib. Əldə etdiyimiz məlumata nazirlik Aşıq Ələsgərin abidəsinin açılışını hansısa səbəbə görə gecikdirirmiş. Lakin ölkə başçısının müdaxiləsi ilə el sənətkarının abidəsinin açılışı baş tutub.

Mədəniyyət nazirliyində məsələ ilə bağlı heç bir açıqlama almaq mümkün olmadı.

//xalq.az

Seçilən
6
2
editor.az

3Mənbələr