AZ

Şahzadə Harri bu gün Londona qayıdır

Şahzadə

London, 30 sentyabr, AZƏRTAC

Şahzadə Harri bu gün “WellChild” mükafatlarının təqdim olunması mərasimində iştirak etmək üçün Londona qayıdır.

AZƏRTAC xəbər verir ki, 40 yaşlı şahzadə mərasimdə qısa çıxış edəcək. Bu tədbir Böyük Britaniyada ciddi xəstəliklərdən əziyyət çəkən uşaqların və onların baxıcılarının uğurlarını qeyd edir.

Şahzadə Harrinin Londona səfəri zamanı atası Kral III Çarlzla görüşüb-görüşməyəcəyi hələ dəqiq bilinmir. Sonuncu dəfə onların fevral ayında, Kralın xərçəng diaqnozu xəbərləri fonunda qısa – cəmi 45 dəqiqəlik bir görüşü olmuşdu.

Qeyd edək ki, Şahzadə Harri və onun həyat yoldaşı Meqan Markl “sarı mətbuat”ın artan və çox vaxt qərəzli ittihamlarından yayınmaq üçün 2020-ci il martın 31-də könüllü olaraq Kral ailəsinin üzvü statusundan imtina ediblər. Onlar hazırda ABŞ-da yaşayırlar.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
18
azertag.az

1Mənbələr