AZ

Kremldən Nəsrullahın öldürülməsinə sərt reaksiya

Kremlin sözçüsü Dmitri Peskov açıqlamasında "Rusiya Hizbullah lideri Həsən Nəsrullahın İsrailin hava hücumunda öldürülməsini pisləyir" deyib. Peskov həmçinin əlavə edib ki, Livanda yaşayış məntəqələrinin bombalanması Qəzzada olduğu kimi humanitar fəlakətə səbəb olacaq.

Turkustan.az xəbər verir ki, Hizbullah lideri Həsən Nəsrullah Beyrutda İsrailin hava hücumu nəticəsində öldürülüb. Nəsrullahın qətli ilə bağlı Kremldən açıqlama verilib.

Kremlin sözçüsü Dmitri Peskov açıqlamasında "Rusiya Hizbullah lideri Həsən Nəsrullahın İsrailin hava hücumunda öldürülməsini pisləyir" deyib.

Nəsrullahın öldürülməsinin bölgədə ciddi qeyri-sabitliyə səbəb olacağını qeyd edən Peskov, "Livanda yaşayış məntəqələrinin bombalanması ağır itkilərə səbəb olub və Qəzzada olduğu kimi humanitar fəlakətə səbəb olacaq" deyib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
9
2
turkustan.az

3Mənbələr