AZ

Məşhur şoumen sevgilisinə ad günündə maşın hədiyyə etdi

Məşhur şoumen sevgilisinə ad günündə maşın hədiyyə etdiMəşhur şoumen Mehmet Ali Erbil və sevgilisi Gülseren Ceylan aralarındakı böyük yaş fərqinə baxmayaraq münasibətlərini göz önündə yaşamağa davam edirlər.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məşhur şoumen Erbil gənc sevgilisinə ad günü hədiyyəsi olaraq avtomobil alıb. Maşınının şəklini paylaşan Ceylan: "İlk dəfədir maşın sahibi oluram. Sevgilim mənə ad günü hədiyyəsi aldı ki, bu balaca maşınla sürməyi öyrənim. Çox sağ ol. Sənə sahib olduğum üçün çox şadam. Səni çox sevirəm" deyə qeyd edib.

Gülseren Ceylan bir müddət əvvəl Mehmet Ali Erbillə evlənməyə razı olduğunu bildirərək: "O, məndən uşaq istəyir. Aramızda güclü sevgi var. Gələcəkdə evlənə bilərik" deyib.

Seçilən
8
sonxeber.az

1Mənbələr