AZ

Mourinyo sevimli noutbuku ilə hoqqasına görə sarı vərəqə aldı

Türkiyə Super Liqasının “Antalyaspor”la 7-ci tur səfər oyununda “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo sarı vərəqə alıb.

Arena.az məlumat verir ki, portuqal mütəxəssis “Fənər”in 2:0 hesablı qələbə qazandığı oyunda hakimin qərarından narazılığını özünəməxsus şəkildə etdiyi üçün “saraldılıb”.

Belə ki, hakim qərarına etiraz etmiş “Mour” öz noutbukunu televiziya kamerası qarşısına qoyaraq, “Fənər”in oyundankənar vəziyyət adı ilə ləğv edilmiş qolunun vurulduğu məqamın videotəkrarını yayımlayıb, özü isə məşqçi kürsüsünə qayıdıb.

Hakimə müvafiq “VAR” müdaxilsi xoş gəlməyib və Mourinyo sarı vərəqə ilə cəzlandırılıb.

Türkiyə Super Liqasının 7 turundan 16 xalla “Fənərbaxça” yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Türkiyə Super Liqasına 19 xalla “Qalatasaray” başçılıq edir.

Seçilən
13
arena.az

1Mənbələr