AZ

Bu klub Ramosla danışıq aparır

style='margin-bottom:10px;'>

Hazırda klubsuz olan ispaniyalı futbolçu Serxio Ramos karyerasını Misirdə davam etdirə bilər.

QOL.az "AS" nəşrinə istinadən xəbər verir ki, “Zəmələk” 38 yaşlı müdafiəçi ilə maraqlanır.

Klubunun vitse-prezidenti Əli Hişam "Nəsr TV"yə açıqlamasında Ramos üçün danışıqların başladığını deyib: “Zamalek" böyük klubdur və bu cür oyunçulara layiqdir. Ramosla anlaşmanı təkcə idman baxımından deyil, həm də marketinq baxımından yaxşı görürük. Futbolçu azaddır və onunla müqavilə imzalamaq böyük fayda verərə. Dünyanın istənilən klubu Ramosu istəyir”.

Qeyd edək ki, Ramos “Real”da və PSJ-dəki çıxışı ilə tanınır. O, 2022/24 mövsümündə “Sevilya”da çıxış edib.

Seçilən
12
teleqraf.com

1Mənbələr