AZ

İsfahanda məktəb uçdu

İranın İsfahan şəhərində sinif otağının tavanının çökməsi nəticəsində 5 şagird yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə yerli fəallar məlumat yayıb.

Bildirilib ki, 40 illik sinif otağında baş verən qəzada yaralanan şagirdlərdən birinin vəziyyəti ağırdır.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl oxşar hadisə Urmiya şəhərində də baş verib və iki şagird xəsarət alıb.

Seçilən
2
1
axar.az

2Mənbələr