AZ

Apple smart ev üçün nəzərdə tutulmuş tamamilə yeni cihazını gələn ilin birinci yarısında təqdim edə bilər

      Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti özü üçün tamamilə fərqli kateqoriyada yeni cihaz üzərində çalışır və hazırlanan cihaz smart ev üçün nəzərdə tutulub. Bəzi məlumatlara əsasən sözügedən cihaz özündə HomePod və iPad imkanlarını və süni zəka əsaslı funksiyaları birləşdirəcək     Bloomberg saytının məşhur insayderi Mark Gurman öz növbəsində hazırlanan bu yeni cihaz barəsində təfərrüatları bölüşüb. Verilmiş məlumata əsasən yeni cihaz HomeAccessory kod adına sahibdir və bu kod adı Apple şirkətinin əməliyyat sistemlərindən birinin kodunda aşkar edilib. Cihazın 2025-ci ilin yaz fəslində təqdim ediləcəyi gözlənilir. Çox güman ki, cihaz özündə sensorlu ekranı və iPhone 16 ilə iPhone 16 Plus-ın sahib olduğu A18 prosessorunu birləşdirəcək. Bununla yanaşı hazırlanan bu yeni cihazın tvOS əməliyyat sistemi vasitəsilə çalışacağı gözlənilir.

Seçilən
14
technote.az

1Mənbələr