AZ

Apple şirkəti OpenAI-ya investisiya yatırmaqdan imtina edib

     Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, OpenAI şirkəti yeni investisiyalar cəlb etməyi planlaşdırır və şirkətin potensial investorları arasında Apple da ola bilər. The Wall Street Journal-ın vermiş olduğu yeni məlumata əsasən isə Apple şirkəti OpenAI-ya investisiya yatırmaq fikrindən daşınıb. Bu, OpenAI şirkətinin 6.5 milyard dollar dəyərində yeni maliyyəni əldə etməsi ilə bağlı investisiya raundunun yekunlaşması fonunda baş verib.     OpenAI şirkətinin potensial investorları qismində isə Microsoft ilə NVIDIA şirkətləri olublar. Məlumata əsasən Apple şirkətinin investisiya raundunda iştirakdan imtina etməsi gözlənilməz olub. Qeyd etmək lazımdır ki, Apple öz tarixi ərzində Silikon Vadisinin digər böyük şirkətlərinə çox nadir hallarda investisiya yatırıb. Apple şirkətinin OpenAI üçün nəzərdə tutulmuş növbəti investisiya raundunda potensial iştirakı barəsində ilk məlumat keçən ay ortaya çıxmışdı.     Apple tərəfindən OpenAI-ya yatırıla biləcək investisiyanın məbləği isə bilinmirdi. Görünür, bundan sonra da bilinməyəcək. Qeyd etmək lazımdır ki, Microsoft öz növbəsində OpenAI şirkətinin ən böyük investorudur. O, şirkət gəlirinin 49%-nə sahibdir. Apple şirkətinin investisiya yatırmaqdan imtina etməsinə baxmayaraq onun OpenAI ilə əməkdaşlığı davam edəcək. Belə ki, bu əməkdaşlıq çərçivəsində ChatGPT çat-botu iOS 18-ə inteqrasiya ediləcək. Bunun bu ilin sonuna kimi baş verəcəyi gözlənilir. Bunun sayəsində ChatGPT istifadəçi sorğularını Siri ilə birlikdə emal edə biləcək.

Seçilən
9
technote.az

1Mənbələr