AZ

Əvvəl "Toyota"sıxışdırırdı, indi çinlilər

Çinin avtomobil sənayesi Ford da daxil olmaqla Qərbin bütün avtomobil istehsalçıları üçün ciddi təhlükədir.

Avtosfer.az xəbər verir ki, bunu Ford şirkətinin baş direktoru Cim Farli Çinə səfəri zamanı deyib. 

İş adamı bildirib ki, Çin şirkətləri ilə rəqabət apara bilmək üçün qiymət baxımından əlçatan modellər istehsal edilməlidir. Bu məqsədlə Ford yeni komanda yaradıb. 

Farli bildirib ki, Qərb avtomobil sənayesinin sıxışdırılması yeni hal deyil. Bu işi 80-ci illərdə Toyota başlayıb. Ardınca bu sıraya digər  yapon modelləri və Koreya şirkətləri də qoşulub. İndi isə növbə çinlilərindir.

Vüqar

Seçilən
5
avtosfer.az

1Mənbələr