AZ

Türkiyənin vitse-prezidenti Ankarada venesuelalı həmkarı ilə görüşdü

 

  Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz paytaxt Ankarada olan Venesuela prezidentinin müavini və neft naziri Delsi Rodriqes (Delcy Rodriguez) ilə görüşüb.

  Prezident İqamətgahında (Cumhurbaşkanlığı) keçirilən qəbulda regional və qlobal məsələlər, iki ölkə arasında təhsil, mədəniyyət və ticarət sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

  Görüşdə C.Yılmaz Nikolas Maduronun 28 iyulda Venesuelada keçirilən seçkilərdə yenidən prezident seçilməsi münasibətilə təbriklərini çatdırıb.

  İki ölkə arasındakı iqtisadi həcmin 3 milyard dollara çatdırılması və ticarətin inkişafı üçün daha çox addımlar atılmalı olduğunu söyləyən Türkiyənin vitse-prezidenti enerji və turizm sahələrində əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıb, Venesuelanı İsrailin hücumlarına qarşı tutduğu mövqeyə görə təbrik edib, Venesuelanın problemlərini dialoq yolu ilə həll edəcək demokratik yetkinliyə və institusional gücə malik olduğunu bildirib.

  Venesuela prezidentinin müavini və neft naziri Delsi Rodriqes də öz çıxışında prezident Rəcəb Tayyib Ərdoğan və Nikolas Maduro arasındakı dəyərli əlaqəyə işarə edərək əməkdaşlıq imkanlarını artırmaq üçün Cevdet Yılmazı Venesuelaya dəvət edib.



Seçilən
5
trt.net.tr

1Mənbələr