AZ

Laçın və Ukraynanın İrpen şəhəri qardaşlaşıb

Azərbaycanın Laçın şəhəri ilə Ukraynanın İrpen şəhəri arasında qardaşlaşma haqqında sənəd imzalanıb.

Bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev “X” hesabında paylaşım edib. Diplomat bildirib ki, imzalanma mərasimi İrpenin meri Oleksandr Markuşinin Laçına səfəri çərçivəsində baş tutub.

Onun sözlərinə görə, bu addım regionlar arasındakı əməkdaşlıqda yeni səhifənin açılmasına səbəb olacaq.

Seçilən
4
11
azpost.info

10Mənbələr