AZ

İstanbulda Şuşanın təqdimatı olub



23-27 sentyabr 2024-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə Türk dünyası mədəni irsinin idarə olunması üzrə təcrübə mübadiləsi proqramı həyata keçirilib.

Newscenter.az xəbər verir ki, Şuşa Şəhəri Dövləöt Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzovun da qatıldığı tədbirdə Türk dünyası mədəni irsinin idarə olunması ilə əlaqəli qurumlar iştirak edib. Tədbir zamanı Tural Novruzov Şuşa şəhərinin tarixi, ermənilər tərəfindən dağıdılmış mədəniyyət və dini abidələrinin bərpası, şəhərin tarixi simasının özünə qaytarılması istiqamətində görülən işlərlə bağlı təqdimatla çıxış edib. Bununla yanaşı, İcraçı direktor Şuşa şəhərində mədəniyyət və turizm sahələri üzrə aparılan təbliğat barədə də ətraflı məlumat verib.

Qeyd edək ki, təcrübə mübadiləsi məqsədilə həyata keçirilən proqrama Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstan, Özbəkistan və Türkmənistandan sahə üzrə yüksək ixtisaslı mütəxəssislər qatılıb.

Həmçinin, layihə çərçivəsində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Fatih Bələdiyyəsi, İstanbul Ticarət Universiteti və Türk Dünyası Fondu tərəfdaş qismində yer alıb.

Süleyman
Seçilən
23
newscenter.az

1Mənbələr