AZ

Azərbaycan Ordusunda mühəndis hazırlığı üzrə nümayiş məşğələsi yerinə yetirilib

2024-cü il üçün hazırlıq planına uyğun olaraq, komandir heyəti və onların müavinləri ilə mühəndis hazırlığı üzrə praktiki nümayiş məşğələsi keçirilib.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, məşğələdə hərbi qulluqçulara istehkam qurğuları, mühəndis maneələri sistemi, müasir mühəndis texnikaları və silahlandırma vasitələri haqqında məlumat verilib.

Həmçinin məşğələdə MEMAT mexaniki minatəmizləmə texnikası ilə ərazilərin mina və partlamamış sursatlardan təmizlənməsi, partlamayan mühəndis maneələrindən keçidlərin açılması, ponton-körpü salmaqla maneələrin keçilməsi üzrə fəaliyyətlər də nümayiş olunub.

Məşğələnin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların mühəndis maneələrinin qurulması və dəf edilməsi üzrə bacarıqlarının təkmilləşdirilməsi, eləcə də mühəndis hazırlığı üzrə biliklərinin təkmilləşdirilməsidir.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

51d64a5c6997f44a46a15040eb687f93

252c90b0de6c1007c61692ac823530b6

44256380f12aef928d70b41a0f414f86

ba3c10eefa2a623adbde9666af6804d4

a8ddf8a5a3f50e45eb2c044af2f5a4f4

ac196b0e4cc49b837e46cefc57487cf6

31160fcaf6740c03dc0ed4a67f3a0ce3

Seçilən
15
32
poliqon.az

10Mənbələr