AZ

Şərqşünas alimlərin məqalələri İsveçdə çap olunub

Şərqşünas

Bakı, 30 sentyabr, AZƏRTAC

İsveçin paytaxtı Stokholmda nəşr edilən “Tribun” jurnalının 13-cü nömrəsində AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşlarının məqalələri dərc edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, jurnalda institutun Cənubi Azərbaycan şöbəsinin müdiri Səməd Bayramzadənin “Cənubi Azərbaycan milli-demokratik hərəkatında Ənuşirvan İbrahimi siması” adlı məqaləsi çap edilib. Jurnalda, həmçinin Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi Həsən Səfərinin “Cənubi Azərbaycanda soyqırım törədən erməni-aysor dəstələrinin kürdlərlə birləşmə cəhdləri və onun nəticələri”, “Osmanlı dövlətinin Şərqində və Azərbaycan ərazisində erməni dövlətinin yaradılması planları”, “XX əsrin əvvəllərində ermənilərin Şərqi Anadolu və Cənubi Azərbaycanda türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımda xarici missioner izləri” adlı məqalələri dərc edilib.

 

Seçilən
9
azertag.az

1Mənbələr