AZ

Şirkətlərin banklardakı müddətli əmanətləri son 1 ayda 47,5 milyon manat azalıb

2024-cü ilin sentyabrın 1-nə Azərbaycan banklarında hüquqi şəxslərin depozit portfeli 5 milyard 281,3 milyon manat təşkil edib.

FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.

Depozit portfeli aylıq müqayisədə 47,5 milyon manat (0,9%) azalıb, ötən ilin sonu ilə müqayisədə 781,8 milyon manat (17,4%) azalıb, illik müqayisədə 1 milyard 498,2 milyon manat (39,6%) böyüyüb.

Depozit portfelinin 2 milyard 961 milyon manatı xarici valyutada formalaşıb.

Bu göstərici də aylıq müqayisədə 135,1 milyon manat (4,4%) azalıb, ötən ilin sonu ilə müqayisədə 297,6 milyon manat (11,2%), illik müqayisədə 551,9 milyon manat (23%) böyüyüb.

Seçilən
19
fed.az

1Mənbələr