"Atletiko" və "Real" arasında dünən baş tutan Madrid derbisində qonaqların qapıçısı Tibo Kurtuaya müxtəlif əşyalar atan xuliqan azarkeşlərlə bağlı yeni fakt ortaya çıxıb.
Fanat.Az "El Chiringuito TV"-yə istinadən xəbər verir ki, qolkiperi alışqanla vuran fanatın üstündə bıçaq olub.
Məlumata görə, onun Kurtuaya ciddi xəsarət yetirməsinin qarşısını təhlükəsizlik xidməti alıb.
Xatırladaq ki, "Real" 64-cü dəqiqədə hesabı açandan sonra yerli tərəfdarlara müraciət edən Kurtuaya müxtəlif əşyalar atıblar. Hakim vəziyyətin gərginləşdiyini görərək komandaları meydandan çıxarıb və nəticədə 20 dəqiqəlik fasilə yaranıb.
Nihat