AZ

Neymarın gələcək planı hazırdı

Neymar “Əl-Hilal”la müqaviləni yeniləməyəcək. Matc.az xəbər verir ki, yeni çağırış axtarışında olan 32 yaşlı hücumçu Yaxın Şərqi tərk etməyə hazırlaşır. Braziliya millisinin üzvü ötən ilin yayında 90 milyon avroya Səudiyyə Ərəbistanı klubuna keçmişdi. Onun müqaviləsi 2024-25 mövsümünün sonunda başa çatır. Neymarın “Əl-Hilal”dakı karyerasını uğursuz adlandırmaq olar. Çünki bu müddət ərzində cəmi 5 oyuna çıxıb. Gələn ilin yayında “Əl-Hilal”ı tərk edəcək Neymar “Barselona”ya qayıtmaq niyyətində deyil. O, ilk klubu “Santos”a dönməyi planlaşdırır.

Seçilən
8
matc.az

1Mənbələr