AZ

Hava dəyişir - Xəbərdarlıq » AzadMedia.az


Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb, 

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si günün birinci yarısında fasilələrlə yağış yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 1-i əsasən dağlıq və dağtəyi rayonlarda, 2-dən 3-ü gündüzədək isə əksər rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
Seçilən
15
15
azadmedia.az

10Mənbələr