AZ

“Sanksiyaya məruz qalan malları Belarus malları ilə əvəz edin”- Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya regionlarına, o cümlədən Yakutiyaya qadağan olunmuş idxal mallarını Belarus malları ilə əvəz etməyi təklif edib.

Azpost.info xəbər verir ki, onun sözlərinə görə, Minsk əksər Qərb mallarını əvəz edə biləcək.

“Mən Qərb faşistlərinin sanksiyalarını nəzərdə tuturam. Mən hər bir rus qubernatoruna deyirəm: əgər nəyəsə qadağa qoyulubsa, Belarus istehsalı olanı al”, – Lukaşenko qeyd edib.

Belarus lideri qeyd edib ki, ölkə artıq müasir yüksək keyfiyyətli avtobuslar, elektrobuslar, minik avtomobilləri və kənd təsərrüfatı texnikası istehsalı ilə öyünə bilər. Mikroelektronika, informasiya və biotexnologiyalar sahəsində də nailiyyətlər var.

Azpost.info

Seçilən
12
azpost.info

1Mənbələr