AZ

Dövlət sərhədində aşkar edilmiş uçuş aparatı ələ keçirilib - DSX

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətinin birgəkeçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotikvasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

DSX-dən Trend-ə bildirilibki, “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslamRespublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edənnaməlum uçuş aparatı müşahidə edilib.

Uçuş aparatının görülmüş tədbirlər nəticəsində saxlanılmasıtəmin edilib. Üzərinə bərkidilmiş bağlamaya baxış zamanı ümumiçəkisi 19 kiloqram 700 qram narkotik vasitə marixuana və 1500 ədədmetadon M-40 həbi aşkar edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Seçilən
5
35
az.trend.az

10Mənbələr