AZ

Pezeşkian: "Haniyənin öldürülməsinə cavab verməyəcəyimiz təqdirdə Qəzzada atəşkəs vədi verilmişdi"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"ABŞ və Avropa liderləri İranın HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab vermədiyi təqdirdə Qəzzada atəşkəs elan edəcəklərinə dair vəd vermişdilər, lakin buna əməl etmədilər".
Oxu.Az-ın "Anadolu" agentliyinə istinadən xəbərinə görə, bu sözləri İran Prezidenti Məsud Pezeşkian ötən axşam keçirilən Nazirlər Şurasının iclasında çıxışı zamanı deyib.
O, həmçinin, İsrailin hərəkətlərinin cavabsız qalmayacağını bildirib.
"İranın Haniyəyə sui-qəsdə cavab verməməsi müqabilində atəşkəs vəd edən ABŞ və Avropa ölkələri liderlərinin iddiaları tamamilə yalan idi", - deyə Pezeşkian qeyd edib.
İran prezidentinin açıqlamaları ölkədə mübahisələrə səbəb olub, hətta gecə saatlarında İran Ali Milli Təhlükəsizlik Şurasının binası qarşısına toplaşan bir qrup hakimiyyətdən bu bəyanatlara cavab verilməsini tələb edib.
Xatırladaq ki, İran iyulun 31-də paytaxt Tehranda HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra İsrailə qarşı cavab tədbirləri görülməsi ilə bağlı qərar vermişdi. Həmin vaxt İsrailin Qəzzaya hücumlarının daimi olaraq dayandırılması müqabilində Tehranın hücum niyyətindən əl çəkəcəyi ilə bağlı iddialar ortaya atılmışdı.
Seçilən
7
oxu.az

1Mənbələr