AZ

Narkotik vasitənin təsiri altında sükan arxasında əyləşən daha bir sürücü ifşa olunub

Paytaxtın Sabunçu rayonu, Məştağa qəsəbəsində “BMW”  markalı avtomobilin  sürücüsü Bəybala Camalov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Baş DYP İdarəsinin Xüsusi Taqımının əməkdaşları tərəfindən saxlanılıb. Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan  onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Camalovun narkotik vasitə qəbul etməsi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Seçilən
9
12
operativmedia.az

10Mənbələr