AZ

Sambo Federasiyasının sabiq vitse-prezidenti və üçqat dünya çempionu məhkəmədə özlərini təqsirli bilməyiblər

Azərbaycan Kikboksinq və Sambo Federasiyasının döyüş sambosu üzrə sabiq vitse-prezidenti, hazırda həbsdə olan Səbuhi Rəcəb və Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Səbuhi Rəcəb və Elman Mirzəyev özlərini təqsirli bilməyib.

Məhkəmə oktyabrın 14-də davam etdiriləcək.

Qeyd edək ki, hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar ümumilikdə 1 milyon manatlıq dələduzluqda ittiham edilib.

İttihama görə, Səbuhi Rəcəb üç nəfərə yalan vəd verərək onlara qarşı 341 min manatlıq dələduzluq edib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Səbuhi Rəcəb 2003-2006-cı illərdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində inzibati və cinayət hüququ şöbəsində işləyib. O, 2014-2015-ci illərdə isə Azərbaycan Sambo Federasiyasında Döyüş Sambosu (Kombat Sambo) üzrə vitse-prezidenti, 2018-ci ildən isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti olub.

Səbuhi Rəcəb 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub.Azərbaycan Kikboksinq və Sambo Federasiyalarında döyüş sambosu üzrə sabiq vitse-prezidenti, hazırda həbsdə olan Səbuhi Rəcəbin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Xatırladaq ki, keçən il sentyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbuhi Rəcəb 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Seçilən
2
2
apa.az

3Mənbələr