AZ

İran Livana kömək üçün qoşun göndərəcəyini açıqlayıb

İran hökuməti Livana kömək üçün qoşun göndərmək fikrində deyil.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu SNN telekanalının efirində Respublika Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kanani deyib.

"Livan sübut etdi ki, o, İsrailin işğalçı rejimini məğlub edə bilər, ona görə də İranın Təl-Əvivin hücumlarını dəf etmək üçün respublikaya könüllülər və ya başqa yardımlar göndərməsinə ehtiyac yoxdur", - diplomat bildirib.

Kanani əlavə edib ki, Yaxın Şərq "İsrailin təcavüzkar hərəkətlərindən müdafiə etmək üçün lazım olan hər şeyə malikdir".

Seçilən
18
operativmm.az

1Mənbələr