AZ

Gənc atıcılarımız dünya çempionatında ilkə imza atdı

Azərbaycan millisi atıcılıq üzrə gənclərin dünya çempionatları tarixində ilk gümüş medalını qazanıb.
 
Moderator.az xəbər verir ki, bu, Perunun paytaxtı Limada keçirilən mundialda baş verib.
 
Zeynəb Sultanova, Leyli Əliyeva və Sofiya Barxalovadan ibarət millimiz qadın komandaların pnevmatik tapança ilə 10 metr məsafədən atəş açma yarışında ikinci olub.
 
Qeyd edək ki, bu, yığmamızın tarixinə dünya çempionatlarındakı 3-cü medaldır. Digər iki medal bürünc olub.
 
Seçilən
1
moderator.az

1Mənbələr