AZ

Anar Bayramovla işçisi arasında qalmaqal

Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin tabeliyində fəaliyyət göstərən Mərdəkan Reablitasiya Pansionatının əməkdaşı Gülmira Şadlinskaya yenidən qurumu məhkəməyə verib.

Publika.az xəbər veürir ki, bu barədə Qaynarinfo-ya onun özü bildirib.

Gülmirə Şadlinksayanın sözlərinə görə, 2018-ci ildən sözügedən pansionatda müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı işləyir. O, 2023-cü ilin martında müqaviləsi bitməmiş işdən çıxarılıb.

Gülmirə Şadlinskaya Binəqədi Rayon Məhkəməsində işə bərpa və işsiz qaldığı müddət üçün əmək haqqının ödənilməsi ilə bağlı iddia qaldırıb. Məhkəmə onun iddiasını təmin edib. Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi qərardan apellyasiya şikayəti versə də, məhkəmə birinci instansiyanın qərarını qüvvədə saxlayıb. Qurumun Ali Məhkəməyə verdiyi kassisya şikayəti də təmin edilməyib. Beləliklə, Gülmirə Şadlinskaya işinə bərpa edilib.

Lakin ona yenidən işdən çıxarılması ilə bağlı xəbərdarlıq edilib. "Mənə deyiblər ki, müqavilənin müddəti bitir və işdən çıxarılacaqsınız. Bu qanunsuz addımdır. Çünki mən 2018-ci ildən işləyirəm. Əmək Məcəlləsinə əsasən, bir müəssisədə 5 ildən artıq çalışdıqda onunla müddətsiz müqavilə bağlanır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin rəhbərliyi isə qanuna əməl etmək istəmir. Ona görə də yenidən məhkəməyə müraciət etmişəm", deyə Gülmirə Şadlinskaya bildirib.

Seçilən
8
11
publika.az

10Mənbələr