AZ

"Harris əqli cəhətdən qüsurlu doğulub " - Tramp Baydendən sonra onu da TƏHQİR ETDİ

ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasının namizədi Donald Trampın son açıqlamaları partiya daxilində ciddi narahatlıq yaradıb.

 

Sfera.az bildirir ki, Tramp əvvəlki rəqibi Co Baydendə olduğu kimi Kamala Harrisə qarşı da aşağılayıcı ifadələr işlədib.

 

Belə ki, o, çıxışlarında dəfələrlə Harrisi “əqli cəhətdən qüsurlu” adlandırıb. “CNN”in məlumatına görə, Tramp seçki kampaniyası zamanı bir çox respublikaçıların bu cür bəyanatlardan çəkinməsi ilə bağlı tənqidlərinə məhəl qoymadan bu addımı atır.  O, dünən Pensilvaniya ştatında keçirilən seçki mitinqindəki çıxışında, “Co Bayden əqli cəhətdən qüsurlu idi. Bu, kədərlidir, amma düzünü desəm, Kamala Harrisin, ümumiyyətlə, belə doğulduğuna inanıram” deyib.

 

Eyni zamanda, keçmiş prezidentin tərəfdarları Trampın rəqibinə qarşı açıqlamalarından narahatdırlar. Trampın aparıcı müttəfiqlərindən olan respublikaçı senator Lindsey Qraham isə onun çıxışlarını fərqli formada təqdim edib. Belə ki,  “CNN”də yayımlanan proqramların birində Qraham qeyd edib ki, Tramp  Harrisin "əqli qüsurlu" olduğunu düşünmür, sadəcə onu “dəli liberal”  adlandırır. Digər tərəfdən, o, Trampı bu cür bəyanatlar əvəzinə iqtisadiyyat, sərhəd problemi, inflyasiya və xarici siyasət məsələlərinə diqqət yetirməyə çağırıb.

 

Günay 

Seçilən
8
2
sfera.az

9Mənbələr