AZ

Azərbaycan-Qırğızıstan ədəbi əlaqələri Dəyirmi Masada

26 Sentyabr 2024-cü il tarixdə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan-Qırğızıstan ədəbi əlaqələrinə dair Dəyirmi Masa keçirildi.

Tədbirdə yazıçı-dramaturq Elçin Hüseynbəylinin “ Yanqi Ovoz” Orta Asiya Yazarlar və Tarixçilər Birliyinin sədri Joldoşbek Monoldorovun qırğız dilinə çevirdiyi “Alına yazılanlar, kağıza yazılanlar...” kitabının təqdimatı keçirildi. Giriş sözü ilə tədbiri AYB-nin katibi Səlim Babullaoğlu açaraq, Elçin Hüseynbəyli yaradıcılığa haqqında qısa məlumat verdi. Müəllif və tərcüməçinin çıxışlarından sonra AYB-nin üzvü, Dünya Türklərinin Koordinasiya Mərkəzinin rəhbəri İlqar Türkoğlu və digərləri çıxış edərək Qırğızıstan, eləcə də digər türk respublikaları ilə ədəbi əlaqələrin yüksək səviyyəyə çatdırılmasının vacibliyini önə çəkdilər.

                                                                                                                 

Əbülfət

Seçilən
9
adalet.az

1Mənbələr