AZ

Neymar "Əl-Hilal"dan ayrılır

“Əl-Hilal”ın ulduzu braziliyalı hücumçu Neymar bu mövsüm başa çatdıqdan sonra Səudiyyə Ərəbistanı komandasını azad agent kimi tərk etməyə hazırlaşır.

90deqiqe.Az-ın “Todofichajes”ə istinadən məlumatına görə, hazırda ciddi zədəsini sağaldan 32 yaşlı futbolçu "Əl-Hilal"la yeni müqavilə imzalamaq fikrində deyil.

Braziliyalı oyunçu yayda azad agent kimi vətəninə qayıdaraq "Santos" ilə müqavilə imzalaq niyyətindədir.

Qeyd edək ki, braziliyalı 2023-cü ilin yayında Fransa PSJ-sindən "Əl-Hilal"a keçib. Xatırladaq ki, Neymar ötən mövsüm “Əl-Hilal”ın heyətində bütün turnirlərdə cəmi 5 oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib.

Seçilən
5
90deqiqe.az

1Mənbələr