AZ

İran “Hizbullah”a kömək üçün qoşun göndərməyi planlaşdırmır –XİN

İran Hizbullah hərəkatına kömək üçün öz qoşunlarını göndərməyi planlaşdırmır.

Azpost.info bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

“Livan və Fələstin daxil olmaqla Yaxın Şərq regionunun hökumətləri, ölkələri İsrailin təcavüzündən müdafiə etmək üçün bütün lazımi imkanlara malikdir. Livan sübut etdi ki, özü də bu işğal rejimini məğlub etməyə qadirdir. İran İslam Respublikasının könüllülər və ya yardımçı qüvvələr göndərməsinə ehtiyac yoxdur”, – deyə Kənani mətbuat konfransında bildirib.

Yayımı SNN kanalı həyata keçirib.

Seçilən
3
7
azpost.info

10Mənbələr