AZ

Komitə sədri: Bələdiyyə seçkiləri ilə bağlı qanunvericilikdə dəyişikliklər edilməsinə ehtiyac var

Bakı, 30 sentyabr, AZƏRTAC

Bələdiyyə seçkiləri digər seçkilərdən fərqli olmalıdır. Bununla bağlı qanunvericilikdə dəyişikliklər edilməsinə ehtiyac vardır. Bundan əvvəl keçirilmiş həm prezident, həm də parlament seçkilərində biz qanunvericiliklə bağlı müəyyən boşluqlar olduğunu gördük.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisin 7-ci çağırış payız sessiyasının sentyabrın 30-da keçirilən ilk iclasında səsləndirib.

Təhsillə və müəllimlərlə bağlı fikirlərini bölüşən S.Novruzov bildirib ki, müəllim peşəsi şərəfli işdir və son zamanlar sosial şəbəkələrdə bu peşə sahiblərinə qarşı uyğunsuz olmayan hərəkətlər edilir. Komitə sədri müəllimlərə qarşı bu kampaniyaya son verməyə çağırıb.

Seçilən
12
azertag.az

1Mənbələr