AZ

Elm və təhsil sahələrində türk dövlətlərinin əməkdaşlığı məsələləri müzakirə edilib

Elm

Bakı, 30 sentyabr, AZƏRTAC

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Türkiyədə Hacı Bayram Vəli Universitetinin rektoru professor Mehmet Naci Bostancı ilə görüşüb.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, görüş zamanı tərəflər elm və təhsil sahələrində türk dövlətlərinin əməkdaşlığı ilə bağlı əsas məsələləri müzakirə ediblər.

Akademik Şahin Mustafayev türk xalqları arasında əlaqələrin möhkəmləndirilməsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq “Qaraqalpaq şairi Əciniyaz Kosıbay Ulı” kitabının təqdimatının təşkilində göstərdiyi dəstəyə görə rektora minnətdarlığını bildirib.

Seçilən
4
azertag.az

1Mənbələr