AZ

Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların dövriyyəsi dəyişəcək

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC qış mövsümünə keçidlə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən qatarların dövriyyəsinə dəyişiklik edib.

 

Senzor.az bildirir ki, bu barədə ADY-dən məlumat verilib.

 

Qeyd edilib ki, oktyabrın 5-dən başlayaraq qatarlar hər şənbə günü Bakıdan-Qəbələyə, hər bazar günü isə Qəbələdən Bakıya yola düşəcək.

 

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/apptətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək mümkündür.

Seçilən
3
28
senzor.az

10Mənbələr