AZ

Fazil Mustafa: “İnsanlar sosial şəbəkələr üzərindən məsuliyyətsiz çağırışlar edirlər”

“İctimai dinləmələrin sayının artırılması olduqca vacibdir”.

Bizim.Media xəbər verir ki, bunu deputat Fazil Mustafa VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin payız sessiyasının ilk iclasında deyib.

O, bundan başqa bələdiyyə və yerli icraların səlahiyyətlərinin bölünməsi və hibrid təhlükələr məsələsinə də toxunub:
 

“Hibrid təhlükələr ən aktual məsələyə çevrilib. İnsanlar sosial şəbəkələr, “Youtube”, “TikTok” və bu kimi platformalar üzərindən məsuliyyətsiz çağırışlar edirlər. İnternet üzərindən gələn təhdidlərlə bağlı qanunvericiliyə mütləq dəyişiklik edilməlidir.


Artıq xaricdə yaşayanlar silahla deyil, sosial şəbəkə üzərindən ciddi təhlükə yaradırlar. Xarici agentliklər məsələsini də aktuallaşdırmağa, tənzimləməyə çalışmalıyıq”.

Günay Şahmar, Bizim.Media

Seçilən
30
bizim.media

1Mənbələr