AZ

İran Ermənistanda nəhəng mərkəz açdı, lenti onlar kəsdi – VİDEO

Ermənistanda İranın nəhəng ticarət mərkəzinin açılışı olub.

Turkustan.az xəbər verir ki, açılışda qırmızı lenti İranın İrəvandakı səfiri Mehdi Sübhani və Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan kəsiblər.

Məlumata görə, mərasimdə İranın sənaye, mədən və ticarət naziri, eləcə də nüfuzlu iş adamları və ən böyük sənaye mərkəzlərinin rəhbərləri iştirak ediblər.

Bunun İranın xaricdə ilk və ən böyük daimi ticarət mərkəzi olduğu deyilir. Onun açılmasının təşəbbüskarı İranın Ticarətin Təşviqi Təşkilatıdır (TPOI).

/globalinfo.az/

Seçilən
7
turkustan.az

1Mənbələr