AZ

Netanyahu: “İsrail Yaxın Şərqdə güc balansını dəyişir”

“Yəmən və Livandakı zərbələr Yaxın Şərqdə güc balansını dəyişən İsrailin gücünü göstərir”.

Musavat.com xəbər verir ki, bu sözlər İsrailin baş naziri Benyamin Netanyahu tərəfindən səslənib.

“Biz Qəzzada HƏMAS-ı məğlub etdik, onun komanda zəncirinin böyük hissəsini məhv etdik, Livanda Hizbullaha böyük zərbə vurduq, onun lideri Həsən Nəsrullahı və yüksək səviyyəli komandirlərini məhv etdik. Paralel olaraq bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri Yəməndə husilərə yenidən zərbələr endirib. Hər kəs əhatə dairəsini görür, hər kəs hədəflərə atılan atəşi görür, hamı bizə hücum edənlərin ödədiyi bədəli görür”, - deyə Netanyahu qeyd edib.

İsrail baş nazirinin sözlərinə görə, onun ölkəsi indi “böyük, lakin eyni zamanda çətin günlər yaşayır”, “yeddi cəbhədə müharibə” aparır.

“Əla günlərdir, çünki biz Yaxın Şərqdəki strateji reallığı dəyişirik. Dəyişən güc balansı İsrailin qalib gəlməsi ilə bölgəmizə yeni ittifaqlar ehtimalını da gətirir. Düşmənlərimiz və dostlarımız yenidən İsraili güclü, qətiyyətli, qüdrətli ölkə kimi görürlər”, - deyə Netanyahu bildirib.

Musavat.com

Seçilən
8
20
musavat.com

10Mənbələr