AZ

Spiker: Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın fəaliyyəti preventiv xarakter daşıyacaq

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası yaradılacaq.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri sədri Sahibə Qafarova bildirib.

Sahibə Qafarova Prezident İlham Əliyevin çıxışında bu məsələyə xüsusi diqqət yetirdiyini söyləyib: “Ölkəmiz mürəkkəb təhdidlərlə üzləşir. Bu cür hərəkətlər ictimaiyyətin dövlətə inamını sarsıtmağa, sabitliyi sarsıtmağa yönəlib. Cəmiyyətimizlə, dövlətimizlə manipulyasiya etmək cəhdləri çoxdur. Komissiyanın fəaliyyəti preventiv xarakter daşıyacaq”.

Seçilən
15
1
apa.az

2Mənbələr