AZ

Norveç Rusiya ilə sərhədində sədd çəkməyi nəzərdən keçirir

Bakı, 30 sentyabr, AZƏRTAC

Norveç Rusiya ilə 198 kilometrlik quru sərhədi boyunca sədd çəkə bilər.

AZƏRTAC xəbər verir ki, BBC telekanalı bu barədə ölkənin ədliyyə naziri Emili Enger Melə istinadla məlumat yayıb.

“Sədd təkcə çəkindirici rol oynadığına görə deyil, həm də sərhədə yaxınlaşan insanları aşkar edə bilən sensorlara malik olduğu üçün maraqlıdır”, - deyə nazir bildirib.

Emili Enger Melin sözlərinə görə, hakimiyyət orqanları sərhədçilərin sayını artırmağı, yeganə avtomobil keçid məntəqəsi olan Sturskuqda nəzarəti gücləndirməyi və digər təhlükəsizlik tədbirlərini də nəzərdən keçirir.

Qeyd edək ki, 2015-ci ildə Rusiya ərazisindən 5 minlik qaçqın axınından sonra Norveç həmin sərhəd məntəqəsində 3,5 metr hündürlüyündə 200 metrlik sədd çəkib.

 

 

 

Seçilən
20
1
azertag.az

2Mənbələr