AZ

"Bu, xüsusi heç-heçədir" - Ançelotti derbidəki bərabərliyi dəyərləndirdi

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 8-ci turunda "Atletiko Madrid"ə qarşı keçirdikləri paytaxt derbisi (1:1) barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, "Marca" 90+5-ci dəqiqədə qol buraxaraq heç-heçə ilə kifayətlənən "Real"ın italiyalı çalışdırıcısının sözlərini belə çatdırıb:

"Bu, xüsusi heç-heçədir. Çünki biz qələbəyə çox yaxın idik. Təəssüf ki, son dəqiqədə qol buraxdıq. Hə, biz 3 xal qazanmaq üzrəydik, qələbəyə çox ehtiyacımız var idi, amma mübarizə davam edir. Bərabərlik klubun gələcəyi üçün yaxşı dərs sayılır".

Xatırladaq ki, hazırda 18 xalı olan "Real" La Liqanın turnir cədvəlində 2-ci pillədə mövqe tutub. Lider "Barselona"nın 21 xalı var. "Atletiko" isə (16 xal) 3-cü sıradadır.

Nihat

Seçilən
0
fanat.az

1Mənbələr