AZ

Enrike ulduzlarla dolu olan PSJ-ni çalışdırmazdı

PSJ-nin baş məşqçisi Luis Enrike son açıqlamasında diqqətçəkən ifadələr işlədib.

O bildirib ki, Lionel Messi, Neymar və Kilian Mbappenin oynadığı eyni anda oynadığı dönəmdə PSJ-ni çalışdırmağa razılıq verməzdi.

Bilindiyi kimi yaxın keçmişdə bu 3 ulduz Paris nəhənginin şərəfini qoruyurdu. Hazırda Messi ''İnter Mayami''də, Neymar ''Əl-Hilal''da, Mbappe isə ''Real''da top qovur:

''Düzünü desəm, Messi, Neymar və Mbappeli PSJ-dən təklif gəlsə, qəbul etməzdim. Titullar qazanmaq üçün yalnız böyük adlar kifayət etmir. Belə olsaydı, PSJ-nin aktivində indi 8 dənə Çempionlar Liqası titulu olardı. Amma biz görürük ki, onlarda heç bir dənə də belə titul yoxdu''.

ƏLİ
Seçilən
9
football-plus.az

1Mənbələr