AZ

"Hizbullah" Həsən Nəsrullahı əvəz edən şəxslə bağlı təkzib yaydı - Yenilənib

"Hizbullah" xüsusi bəyanat yayaraq Haşim Səfiuddinin hərəkata yeni baş katib təyin olunması ilə bağlı yayılan xəbərləri təkzib edib...

Poliqon oxu.az-a istinadən xəbər verir ki, "Hizbullah" tərəfindən dərc edilən bəyanat Livan mətbuatında yayılıb.

"Həsən Nəsrullahın ölümündən sonra Haşim Səfiuddinin "Hizbullah"ın yeni baş katibi seçilməsinə dair kütləvi informasiya vasitələrində dərc olunan məlumatların heç bir əsası yoxdur. Nə qədər ki "Hizbullah" rəhbərliyinin rəsmi açıqlaması yayılmayıb, onlara etibar etmək olmaz", - deyə bəyanatda qeyd olunur.

Xatırladaq ki, ötən gün dünyanın aparıcı informasiya agentlikləri "Hizbullah"ın əsas idarəetmə orqanı olan Şura İcraiyyə Komitəsinin rəhbəri vəzifəsində işləmiş Haşim Səfiuddinin hərəkatın yeni baş katibi seçilməsinə dair xəbər dərc edib.

***

"Hizbullah" hərəkatına yeni lider təyin edilib.

Poliqon qafqazinfo-ya istinadən xəbər verir ki, hərəkatın yeni Baş katibi postuna Haşem Safi ad-Din seçilib. 

O, sentyabrın 27-də Beyruta aviazərbələr nəticəsində ölən "Hizbullah" lideri Həsən Nəsrullahın yaxın qohumudur. 

Haşem Safi ad-Din bu təyinatdan əvvəl hərəkatın İcra Şurasının rəhbəri olub. 

Xatırladaq ki, "Hizbullah" hərəkatının Mətbuat xidməti Həsən Nəsrullahın İsrail ordusunun endirdiyi aviazərbələr nəticəsində həlak olduğunu təsdiq edib.

Poliqon.info 

Seçilən
5
2
poliqon.info

6Mənbələr