AZ

Sabah hava necə olacaq?

Bakı. Trend:

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumatagörə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinindəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuzkeçəcəyi gözlənilir.

Gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağışyağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16°, gündüz 23-26° olacaq. Atmosfertəzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbirütubət gecə 60-70%, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti, əsasən yağmursuzkeçəcək, lakin gündüz əsasən dağlıq və dağətəyi rayonlardafasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrıyerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi,yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhərbəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14°, gündüz 22-27°, dağlarda gecə3-8°, gündüz 10-15° olacaq.

Məqalədə:
Seçilən
7
49
az.trend.az

10Mənbələr