AZ

Fransız kəşfiyyatı çökdü: Tehran qalmaqalı böyüyür

Fransız bürokratiyası kəşfiyyat və təhlükəsizlik qalmaqalları ilə sarsılır. Son 2 ildə Fransa Xarici Kəşfiyyat Xidmətinin direktorluğunda 4 ad dəyişib, daxili kəşfiyyat bölmələrində isə 2 ləğvetmə olub. Son qalmaqal ötən il Tehranda Fransaya casusluq etdiyi üçün həbs edilən Bernard Felanla bağlıdır.

Publika.az xəbər verir ki, fransız kəşfiyyatı həm xaricdə, həm də daxildə böyük təhlükəsizlik zəiflikləri nümayiş etdirir. Həbs edilən agentinə belə əhəmiyyət verməyən Fransada polisin qeyri-proporsional və uğursuz əməliyyatları ictimaiyyətin də reaksiyasına səbəb olur.

Fransada başlayan kəşfiyyat qalmaqalına bir müddət əvvəl Bernard Felanın açıqlamaları əlavə edilib. İranda turizm şirkətini idarə edən və keçən il Fransanın xeyrinə casusluq ittihamı ilə həbs edilən Bernard Felandan şok açıqlamalar gəlib.

Bu yaxınlarda azadlığa buraxılmış Felan həbsdə olduğu günlər haqqında qlobal kəşfiyyat nəşri “Intelligence Online” (IO) ilə danışıb.

Felan uzun müddət İranın şimalındakı Vəkilabad həbsxanasında saxlandığını diqqətə çatdırıb:

“Tehrandan gələn xüsusi agentlər tərəfindən dəfələrlə sorğu-sual olunmuşam. Fransa Xarici İşlər Nazirliyi saxlanıldığım müddətdə mənə demək olar ki, əhəmiyyət vermədi”.

Seçilən
9
publika.az

1Mənbələr