AZ

"Azərbaycanda daşqınların sayı xeyli artıb" - Umayra Tağıyeva

İqlim dəyişikliyi ilə mübarizədə ölkələr və icmalar birgə adaptasiya tədbirləri həyata keçirməlidirlər. Həmin tədbirlər müxtəlif formalarda tətbiq edilə bilər. Bu, təkcə hökumətin, aidiyyəti qurumların deyil, vətəndaşların və özəl sektorun da məsuliyyətidir.

"Unikal" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən "İqlim imperativi: yerli fəaliyyətdən qlobal fəaliyyətə" sessiyasında çıxışı zamanı deyib.

Ötən il Azərbaycanda temperatur anomaliyasının 1.9 dərəcə olduğunu bildirən nazir müavini deyib: "Ölkəmizdə son illərdə daşqınların sayının xeyli artdığını xüsüsi qeyd etmək lazımdır. Ötən il 147, bu ilin ötən dövründə isə 100-dən çox belə hadisə qeydə alınıb".

Seçilən
8
3
unikal.az

5Mənbələr