AZ

"Kamala əqli cəhətdən qüsurludur" - Tramp

Tramp seçki kampaniyası zamanı bir çox respublikaçıların bu cür bəyanatlardan çəkinməsi ilə bağlı tənqidlərinə baxmayaraq, rəqibi Harrisə qarşı aşağılayıcı bəyanatlar verməkdə davam edib.

News24.az bu barədə CNN-ə istinadən xəbər verir.

Prezidentliyə namizəd Tramp dünən Pensilvaniya ştatında keçirilən seçki mitinqindəki çıxışında, "Co Bayden əqli cəhətdən qüsurlu oldu. Kədərlidir, amma düzünü desəm, Kamala Harrisin belə doğulduğuna inanıram" deyib.

Trampın aparıcı müttəfiqlərindən olan respublikaçı senator Lindsey Graham CNN proqramında Harrisin "zehni cəhətdən qüsurlu" olduğunu düşünmədiyini, onun "dəli liberal" olduğunu söyləyib.

Graham Trampı bu cür bəyanatlar əvəzinə iqtisadiyyat, sərhəd problemi, inflyasiya və xarici siyasət məsələlərinə diqqət yetirməyə çağırıb.

Xatırladaq ki, Tramp sentyabrın 28-də Viskonsin ştatında etdiyi çıxışda da “Kəmalə əqli cəhətdən qüsurludur” ifadəsini işlədib.

Məryəm İlhamqızı

Seçilən
4
6
news24.az

9Mənbələr