AZ

İsrailə qarşı bölmə qurduq, başındakı şəxs MOSSAD agenti çıxdı - Əhmədinejatdan şok

İranın keçmiş prezidenti Mahmud Əhmədinejat Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsindən sonra ölkədəki casus iddialarından danışıb.

Ölkə.Az xəbər verir ki, sabiq prezident İsrailin İrandakı qurumlardan birinə MOSSAD (İsrailin xüsusi xidmət orqanı - red.) agenti yerləşdirdiyini iddia edib:

“İsrailə qarşı bir bölmə yaratdıq, onun başında duran şəxsin MOSSAD agenti olduğu üzə çıxdı”, - deyə söyləyib.

Qeyd edək ki, Hizbullah lideri Həsən Nəsrullah sentyabrın 27-də İsrail ordusunun Beyruta endirdiyi hava zərbələri nəticəsində öldürülüb. Sui-qəsddən sonra casus iddiaları gündəmə gəlib.

Billurə Yunus

Seçilən
14
11
olke.az

10Mənbələr